Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 13-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Gecələr havanın temperaturunun 8-13°, gündüzlər 15-20°, bəzi günlərdə 24-29° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan az olacağı (norma 34-59 millimetr) bildirilir.