Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

A- A A+

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, iyunun 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin sürətinin 15-18 metr/saniyə olacağı, arabir 20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

İyunun 5-i axşamdan 7-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: