Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 metr/saniyəyədək güclənib.
İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 42°, dağlıq rayonlarda 31°-dək yüksəlib.
Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
İyunun 30-da havanın temperaturu tədricən 4-5° enərək 30-34° isti olacaq.