Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacaq.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-28° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 22-27°, gündüzlər 32-37°, bəzi günlərdə 40-42° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-10 millimetr) olacağı bildirilir.