Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 18-23, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacaq.