Sinoptiklər Azərbaycanın rayonlarında gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq dekabrın 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.