Naxçıvanda yanvar ayının hava proqnozu açıqlanıb

A- A A+

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, 2022-ci il yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2° şaxtadan 1°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 0-5° şaxta, bəzi günlərdə 10-15° şaxta, gündüzlər 5-10°, bəzi günlərdə 0-3° şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-25 millimetr) olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: