Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal edilir. Fevral ayının ilk günlərində hava şəraitinin nisbətən sabit keçəcəyi, temperaturun isə normadan 1-2° yüksək olacağı ehtimalı var. Birinci ongünlüyün ikinci yarısında isə şimal qərb küləyinin güclənməsi və havanın arabir yağıntılı keçməsi proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 1° şaxtadan 3°-dək isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 3-8°, bəzi günlərdə 13-18° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə çox (norma 11-29 millimetr) olacağı ehtimalı var.