Naxçıvanda mart ayının hava proqnozu açıqlanıb

A- A A+

Mart ayının ilk günlərində hava şəraitinin mülayim keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir. Birinci ongünlüyün ortalarında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, muxtar respublikada havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 18-23 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 22-44 mm).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: