Yaxın bir neçə gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik müşahidə edilməyəcək. Havanın temperaturunun iqlim normasından bir qədər yüksək olması proqnozlaşdırılır. Mülayim cənub-şərq və şərq küləyi əsəcək.
NUHÇIXAN-ın məlumatına görə, sentyabrın 17-dən başlayaraq respublika ərazisində hava şəraiti dəyişəcək. Havanın hərarətinin bu günlərə nisbətən tədricən 4-6 dərəcə enəcəyi, bəzi bölgələrdə yağış yağacağı, şimal küləyinin güclənəcəyi ehtimal edilir.
Həmçinin sentyabrın ikinci ongünlüyünün ikinci yarısında hava şəraitinin qeyri-sabit keçəcək.