İyunun 11-dək ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti gözlənilir

A- A A+

İyunun 7-dən birinci ongünlüyünün sonunadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20, arabir 23-25 metr olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° enəcək.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 7-dən iyunun 11-i gündüzədək Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir saniyədə 15-20, bəzi yerlərdə arabir 23-28 metr olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-7° enəcəyi ehtimal edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: