ETSN: Gələn həftə havanın temperaturu bir qədər də yüksələcək

A- A A+

Artıq bir neçə gündür ki, İspaniya, Fransa və digər Avropa ölkələrində qeyri-adi istilər müşahidə edilir. Havanın temperaturu 40 dərəcə yüksəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

"Bu cür istilərin ölkəmizdə də olacağı barədə sakinlərimiz bizə suallarla müraciət edirlər. Sinoptik şəraitin təhlili göstərir ki, paytaxtda gələn həftə ərzində maksimal temperatur kölgədə 34 dərəcəyə yaxın olacaq, iyun ayının 22-də 37 dərəcəyədək yüksələcək", - U.Tağıyeva vurğulayıb.

Xidmət rəisi qeyd edib ki, iyunun 22-də axşam şimal küləyinin güclənməsi ilə bağlı ayın 23-24-də temperatur bir qədər aşağı enəcək və 32-34 dərəcə intervalında olacaq.

U.Tağıyevanın sözlərinə görə, gələn həftənin sonunda isə havanın temperaturu yenidən yüksələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: