Azərbaycanda sentyabr ayına olan hava proqnozu açıqlanıb.
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Sentyabr ayının ilk gülərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi, lakin 5-8-də xəzri küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, ayın ilk günlərində 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 7-13 mm).