Sinoptiklər xəbərdarlıq edir

A- A A+

25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək. Proses sentyabrın 5-də şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq. Küləkli hava şəraiti sentyabrın 7-si gündüzədək davam edəcək.

Havanın temperaturu tədricən 8-10° aşağı enəcək. Sentyabrın 6-sı gündüzdən sentyabrın 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, sentyabrın 6-dan sentyabrın 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Qərb küləyi arabir 18-23 m/s, əsasən Kür vadisi rayonlarda arabir 25-30 m/s olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: