Naxçıvanda noyabr ayının hava proqnozu açıqlanıb

A- A A+

Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Noyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 5-dən başlayaraq birinci ongünlüyün sonunadək yenidən hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, temperaturun aşağı enəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında noyabr ayında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntı miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: