Sinoptiklər xəbərdarlıq edirlər...

A- A A+

Sinoptiklər ölkə ərazisində havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.

Respublikanın bölgələrində oktyabrın 24-ü gündüz və 25-də cənub-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntının gündüz ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı bildirilir. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 20-25° isti olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: