Ölkə ərazisində gecə və səhər güclü yağış yağacağı gözlənilir

A- A A+

Oktyabrın 26-da və 27-si gecə və səhər yağacaq intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısa müddətli daşqın və sel gözlənilir.

NUHÇIXAN xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən bildirildiyi kimi, oktyabrın 26-da qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib.

Düşən yağıntının miqdarı Ordubad (Ağdərə), Sədərəkdə 15, Şahdağda 10, Naxçıvanda 8, Şərurda 7, Şahbuzda 6, Göygöl, Şəmkirdə və Kiş çayda 1, Balakən, Zaqatalada 5, Şəkidə 0,3, Qusarda 2 mm təşkil edib.

Eyni zamanda proses şimal-qərb küləyinin güclənməsi ilə müşahidə olunub. Küləyin sürəti Xınalıqda 28, Kəlvəzdə 25, Daşkəsəndə 20-25, Mərəzədə 22-24, Altıağacda 22, Neftçalada 20, Bakı və Yardımlıda 18 m/san olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: