Temperatur 5-7 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

A- A A+

Bakıda və Abşeron yarımadasında iyulun 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək 25-28° isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-dan 30-u səhərədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: