Moskva aeroportlarında 50-yə yaxın reys təxirə salınıb və gecikmələrlə yerinə yetirilib.
NUHÇIXAN xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti və noyabrın 23-dən başlayaraq fasiləsiz yağan qar olub.
Belə ki, Rusiya paytaxtının Vnukovo hava limanında 10 reys gecikmə ilə yerinə yetirilib, 4 reys təxirə salınıb, Domodedovo hava limanında müvafiq olaraq 14 və 5 reys, Şeremetyevo hava limanında 14 reys gecikmə ilə yerinə yetirilib, 1 reys isə təxirə salınıb.
Qeyd edək ki, ötən sutka ərzində Moskvaya aylıq normanın 40 faizi qədər yağıntı düşüb.