Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb

A- A A+

Güclü qar səbəbilə Rusiya və Gürcüstan arasındakı yeganə işlək avtomobil yolu bağlanıb.

NUHÇIXAN xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

Bildirilib ki, qar uçqunu təhlükəsi səbəbilə Mtsxeta-Stepansminda-Lars yolunun Qudauri-Kobi hissəsində hər növ avtomobillərin hərəkəti qadağan edilib. Analoji vəziyyət Gürcüstanın digər beynəlxalq əhəmiyyətli yollarında da mövcuddur.

Gürcüstanda əlverişsiz hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: