Maliyyəçilər üçün yeni dərslik nəşr edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində II Milli Mühasiblər Forumunda “Mühasibat uçotu” nominasiyası üzrə qalib olan “Mühasibat uçotu” adlı kitabın təqdimatı keçirilib.

Tədimatda kitab haqqında məlumat verilərək,  qeyd edilib ki, 15 fəsildən ibarət olan kitab dərslik üçün nəzərdə tutulub. Burda mühasibat uçotunun mahiyyəti, tarixi inkişafı və təsərrüfat subyektlərinin formalarından və digər məsələlərdən geniş bəhs edilib. Dərs vəsaitindən iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, magistrləri, müəllimləri və bu sahə üzrə digər mütəxəssislər yararlana bilərlər.

Kitabın müəllifləri Elvin Həsənov və  Elvin Əlimərdanovdur.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: