2023-cü ildə İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 296 mənşə sertifikatı verilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 faiz çoxdur.
2022-ci illə müqayisədə bağlamış müqavilələrin sayı 31,8 faiz, akkreditasiyadan keçmiş ərzaq məhsullarının sayı 12,1 faiz artıb.