Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində yerləşən “Ərəzin” gips yatağından ayrılmış 14 hektar sahə hərraca çıxarılıb.

Başlanğıc qiyməti 103 min 600 manat olan auksion 145 min manatla yekunlaşdırılıb. Auksionun qalibi "Gilan and Knauf" şirkəti olub.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: