İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara kreditləşmə üçün ayırdığı yeni limitlər bu gündən aktivləşdirilib.
NUHÇIXAN xəbər verir ki, limitlər saat 11:00-dan aktivdir.
İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində həyata keçirilir. Hələ ki, yalnız adi ipoteka kreditləri üzrə müraciətlər qəbul edilir. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək.