Naxçıvanda “Uğurlu büdcə planlaması” adlı təlim keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və 2 fevral-Gənclər Gününə həsr olunmuş “Uğurlu büdcə planlaması” adlı təlim keçirilib.

Təlimdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin 35 nəfər könüllüsü iştirak edib.

İlk olaraq Mərkəzin direktoru Mehriban İmanova və Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov təlimin məqsəd və əhəmiyyəti haqqında məlumat verib, belə təlimlərin gənclərin maliyyə sahəsində olan biliklərinin yüksəldilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə etməklə gələcəyə dair düzgün iqtisadi planlar qurması, qənaət və yığım vərdişlərinin artırılması məqsədi daşıdığını bildirib, əlamətdar gün münasibətilə də gəncləri təbrik edib.

Sonra Maliyyə Tədris Mərkəzinin aparıcı mütəxəssisi Emil Tarverdiyev və maliyyə könüllüsü Elmar İskəndərovun təqdimatında zənginləşdirilmiş slaydlar vasitəsilə gənclərə büdcə planlamasının mahiyyəti və əsasları haqqında məlumat verilib, maliyyə hədəflərinin təyin olunması, aylıq gəlirin düzgün bölüşdürülməsi, xərclərə nəzarət mexanizminin qurulması, yığım və investisiya metodları müzakirə şəklində geniş izah edilib.

Sonda “Büdcə”, “Gəlir”, “Xərc”, “Yığım”, “İnvestisiya” komandaları arasında təlimlə bağlı hazırlanmış suallar əsasında intellektual yarış keçirilib. İlk üç yeri tutan komandanın üzvlərinə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: