Bu ilin yanvar ayında Naxçıvandan İraq və Birləşmiş Ərəb Əmirliyinə 225 ton soğan ixrac olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin dekabr ayı ilə müqayisədə 3 dəfə çoxdur.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Naxçıvandan 75 ton soğan İraqa ixrac edilib.
Yerli fermerlərin səyi nəticəsində Naxçıvanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənir.