Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 95 faizi fiziki, 5 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 21 faiz artıb.
Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Yanvar ayında kommersiya qurumlarının 44 faizi elektron qaydada, 56 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.