Naxçıvan İqtisadiyyat Nazirliyində ixracla bağlı müzakirələr aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, fevralın 12-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov sahibkarlarla görüşüb. Görüşdə muxtar respublikadan Türkiyəyə güzəştli rejim çərçivəsində ixracın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Naxçıvan iqtisadiyyatının davamlı inkişafına böyük önəm verildiyini diqqətə çatdıran Abbas İsmayılov bölgənin potensialının reallaşdırılması və yeni məhsulların ixrac imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə istehsalın və ixracın artırılması üçün həyata keçirilməli olan tədbirlərlə bağlı təkliflər dinlənilib.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.