Naxçıvanda Belarus malları mağazasının açılışı planlaşdırılır

A- A A+

Hazırda Azərbaycanda Belarus mağazaları şəbəkəsi genişləndirilir. Hazırda Bakıda altı belə mağaza fəaliyyət göstərir. Yaxın vaxtlarda Naxçıvanda, sonra Gəncədə, daha sonra isə Mingəçevirdə Belarus ərzaq mağazalarının açılışı planlaşdırılır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında bildirib.

Ölkələrimiz arasında fəal sənaye tərəfdaşlığının olduğunu vurğulayan diplomat qeyd edib ki, Belarus Azərbaycan ərazisində dərman preparatları istehsalı zavodunun açılmasını planlaşdırır. G.Axramoviç deyib: “Azərbaycan və Belarus iqtisadiyyatları bir-biri ilə rəqib deyil, onlar bir-birilərini qarşılıqlı tamamlayaraq hər iki tərəfə gəlir gətirirlər. Biz müxtəlif emal məhsullarının istehsalı sahəsində yaxşı nailiyyətlər qazanmışıq”.

Ağır maşınqayırma sahəsində qarşılıqlı fəaliyyətdən danışan səfir xatırladıb ki, cari ilin aprelində Gəncə avtomobil zavodunun konveyerindən sayca on mininci traktor buraxılıb. Zavodun məhsulları artıq üçüncü ölkələrə göndərilir.

Diplomat, həmçinin əlavə edib ki, Azərbaycan və Belarus tərəfləri Gəncə avtomobil zavodunun yığma sexinin Türkiyədə yaradılması barədə layihənin icrasına başlayıblar.

Səfirin sözlərinə görə, Belarus gələcəkdə Azərbaycan ərazisində dərmanların, o cümlədən onkoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan preparatların istehsalı zavodunu yaratmaq niyyətindədir.

G.Axramoviç onu da bildirib ki, Azərbaycan tərəfi Belarus ərazisində Azərbaycan konyak və şərablarının qablaşdırılması sexi yaratmaq niyyətindədir. Bu məhsulların həm Belarusda, həm də qonşu ölkələrdə satılması nəzərdə tutulur.

“Belarus, həmçinin Azərbaycan ilə müntəzəm aviareyslərin sayının artırılması üzrə danışıqlar aparır. Biz Azərbaycan hava gəmilərindən beynəlxalq reyslərin qaydaya salınması məqsədi ilə istifadə etmək istəyirik. Məsələn, Minsk-Nyu-York aviareysi. Belarus Bakı ilə hava marşrutları üzrə yükdaşımaları da artırmağı planlaşdırır. Belarus da öz regionunda tranzit ölkə olduğundan və bir neçə nəqliyyat layihələrində iştirak etdiyindən, öz növbəsində, Azərbaycan üçün maraqlı ola bilər”, - deyə səfir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: