“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərəcək vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün 1 mart 2024-cü il tarixinədək quruma müraciət edə bilərlər.
Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları ünvana uyğun aparılacaq.