Keniya Prezidenti Viliams Ruto COP29-un təşkilində Azərbaycanla yaxından işləməyə hazır olduğunu bildirib.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüşündə deyib.
Keniyanın dövlət başçısı bu işdə Azərbaycana uğurlar arzulayıb.
Onlar, həmçinin iqlim dəyişikliyini həll etmək üçün birlikdə işləməyin vacibliyini müzakirə ediblər.