Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin yanvar ayında muxtar respublikada ümumi daxili məhsul istehsalı 99 milyon 429 min 700 manat olub ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 faiz artaraq 212,1 manat olub.
Həmçinin 2024-cü ilin yanvar ayında muxtar respublikada 47 milyon 569 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricini 20,6 faiz üstələyib.