Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Naxçıvanpoçt”un Naxçıvan “ASAN xidmət” mərkəzində göstərilən poçt xidmətləri nağdsız yolla həyata keçirilməsinə başlanılıb.
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar tərəfindən sərf olunan qaz, elektrik enerjisi, su, rabitə və internet xidmətlərinin dəyərini Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən müvafiq bank xidmətinə ödədikdən sonra bank tərəfindən verilmiş qəbzi poçt xidmətləri pəncərəsinə təqdim etməklə, mövcud bazada müvafiq ödənişlər qeydiyyata alınır.
Qeyd edək ki, bəhs olunan ödənişlər “ASAN xidmət” mərkəzinin daxili qaydalarına uyğun olaraq nağdsız həyata keçirilir.