"II Bakı Beynəlxalq ətraf mühit, sosial və korporativ idarəetmə üzrə konfrans" keçirilib - VİDEO
NUHÇIXAN xəbər veirr ki, bu gün “Yaşıl Dünya naminə həmrəylik ili” və payızda Bakının ev sahibliyi edəcəyi “COP-29”a həsr olunan "II Bakı Beynəlxalq ətraf mühit, sosial və korporativ idarəetmə üzrə konfrans" keçirilib.
Konfransda Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Adreyeva, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanov, Milli Məclisin Ailə, qadın və uşaq məslələri komitəsinin sədri Hicran Hüseynova, “Azərlotoreya” ASC İdarə Heyətinin sədri Osman Karakuş, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatı Nigar Arpadarai, Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Dünyada baş verən hadisələr, ətraf mühit və iqlim dəyişiklikləri fonunda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və “COP-29”un bu il Azərbaycanda keçirilməsi ölkəmizdə ətraf mühit, sosial rifah və idarəetmə məsələləri biznes təşkilatlarının da inkişaf təməlini təşkil edəcəkdir. “COP – 29” çərçivəsində keçiriləcək konfransda aktual mövzular səsləndiriləcək və təcrübə mübadiləsi aparmaqla gələcək təşəbbüslər və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq naminə səylər birləşdiriləcək. Konfrans həmçinin iştirakçılar arasında işgüzar əlaqələrin inkişafına və tərəfdaş münasibətlərin yaranmasına töhfə verəcəkdir.
Tədbirdə Dayanıqlı İnkişaf kontekstində ətraf mühitə təsirin azaldılması, şirkətlərin sosial məsuliyyətinin artırılması və korporativ idarəetmənin gücləndirilməsinə yönəlmiş təcrübəyə və strategiyanın hazırlanmasına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, əsas məqsədlərdən biri iqtisadiyyatın müxtəlif sahələrində və cəmiyyətdə dayanıqlı inkişafın nail olmaqdır.