Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 1 175 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
NUHÇIXAN bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunların 95 %-i fiziki, 5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20 % artıb.
2 ay ərzində kommersiya qurumlarının 57 %-i elektron qaydada, 43 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.