Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 30,2 milyon manat vergi daxil olub.
Muxtar Respublikanın Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 34,9 % və ya 7,8 milyon manat çoxdur.
Muxtar Respublikada qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 % və ya 7,7 milyon manat artıb.