Qazaxıstan BTC ilə neft tranzitini 47 %-ə yaxın artırmağı planlaşdırır

A- A A+

Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri (BTC) marşrutu üzrə tranzitinin həcmləri illik 2,2 milyon tona qədər artırılacaq.

Bu barədə NUHÇIXAN Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinə istinadən xəbər verir.

Məlumata görə, martın 11-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KMG şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən mərhələli şəkildə nəqlinin həcmlərinin artırılması dair saziş və Qazaxıstan neftinin alqı-satqısına dair Strateji Əməkdaşlıq Memorandumu imzalanıb.

İkitərəfli sənədləri Qazaxıstan və Azərbaycan prezidentlərinin iştirakı ilə KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıblar. 46,7

Bu Saziş çərçivəsində tərəflər Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə daşıma tariflərinin aşağı salınması, o cümlədən Qazaxıstan neftinin Bakı-Supsa marşrutu ilə nəqli məsələlərini müzakirə etməyi davam etdirəcəklər.

Xatırladaq ki, 2022-ci ildə KMG və SOCAR Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti haqqında Saziş imzalayıb.

2023-cü ilin sonunda Aktau limanından 1 milyon 057 min ton, 2024-cü ilin yanvar-fevral aylarında isə 232 min ton neft göndərilib.

Qazaxıstan neftinin alqı-satqısı üzrə Strateji Əməkdaşlıq Memorandumu Qazaxıstan neftinin SOCAR-a daxil olan neft emalı zavodlarında sonrakı emal üçün satışı, habelə regional və qlobal bazarlarda sonrakı ticarətin ümumi şərtlərini və prinsiplərini müəyyən edir.

KMG-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev qeyd edib ki, imzalanan sənədlər Qazaxıstan neftinin dünya bazarlarına nəqli baxımından şirkətlər arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə əlavə töhfə verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: