Türkiyənin texnologiya şirkəti Azərbaycanda fəaliyyətə başlayır

A- A A+

Türkiyənin proqram təminatının hazırlanması, sistem inteqrasiyası, texnologiya xidmətləri sahəsində 27 ildən çox təcrübəyə sahib olan “Bilge Adam” şirkəti Azərbaycana gəlir.

NUHÇIXAN xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA)bildirilib ki, bunun nəticəsi olaraq burada öz törəmə şirkətini açacaq “Bilge Adam” ilk fəaliyyətinə İRİA-nın həyata keçirdiyi “Technest” təqaüd proqramı ilə əməkdaşlıq çərçivəsində start verəcək və ölkədə rəsmi fəaliyyəti aprel ayından etibarən başlanılması planlaşdırılır.

Belə ki, şirkət həm öz texnoloji həlləri ilə, həm də güclü akademik heyəti ilə İKT sektorunda insan kapitalının inkişafına yönəlmiş layihələrdə iştirak edəcək. Şirkətin növbəti dövrlərdə Azərbaycanda fəaliyyətini və xidmət sahələrini genişləndirməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: