Zəngəzur dəhlizinin açılması Orta Dəhliz istiqamətində yükdaşımaların həcmini ildə 25 milyon tona çatdıracaq.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ olacaq. Nazirin sözlərinə görə, bu yol təkcə nəqliyyat dəhlizinə deyil, həm də türk dünyasını birləşdirən amil olacaq.
Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda cari təmir işləri gələn ay yekunlaşacaq.