Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 1 milyon manatı keçib

A- A A+

Bu il martın 1-nə Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 70 min manat, təkcə fevral ayında isə 81,9 min manat ƏDV məbləği geri qaytarılıb.

Bu barədə NUHÇIXAN-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayında istehlakçılara qaytarılan məbləğ 2,4 dəfə artıb.

Dövlət Vergi Xidməti Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işləri də davam etdirir. Martın 1-nə qədər muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 3 136 ədəd olub. Bu ilin 2 ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 58,7 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon manat və yaxud 3,8 dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: