Bu ilin mart ayının 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.
Bu barədə NUHÇIXAN-a Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 % çoxalaraq 472 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4 % artaraq 5 541-ə çatıb.