Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı artıb

A- A A+

Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 4 686,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, hesabat dövründə ölkə üzrə elektrik enerjisinin ixracı 221,6 mln. kVt-saat, idxal isə 32,5 mln. kVt-saat təşkil edib.

“Bu ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 4 686,4 mln. kVt-saat, ixrac 221,6 mln. kVt-saat, idxal isə 32,5 mln. kVt-saat olub”, - paylaşımda qeyd olunur.

Qeyd olunur ki, yanvar-fevralda İstilik Elektrik Stansiyaları üzrə 4 316,2 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 192,1 mln. kVt-saat artımla 370,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: