Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Biznes Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüşdə İqtisadiyyat Nazirliyinin, Sahibkarlığın İnkişafı Fondunun, Kapital Bank və Azərbaycan Beynəlxalq Bank Açıq Səhmdar Cəmiyyətlərinin Naxçıvan filiallarının nümayəndələri iştirak ediblər.

Görüşdə sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan qablaşdırma və tara müəssisəsinin yaradılmasının təşviqi məsələləri müzakirə olunub.

Müzakirələr ətrafında təkliflər dinlənilib, suallar cavablandırılıb.

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: