Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 45,8 milyon manat vergi daxil olub.
Bu barədə NUHÇIXAN-a qurumdan bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24,8 % və yaxud 9,1 milyon manat çoxdur.
I rübdə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 % icra edilib.