Azərbaycanın energetika naziri BƏƏ-də “yaşıl hidrogen” sammitində iştirak edəcək

A- A A+

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək II Yaşıl Hidrogen Sammitində iştirak edəcək.

NUHÇIXAN  bu barədə “Masdar” şirkətinin (BƏƏ) məlumatına istinadən xəbər verir.

“P. Şahbazov aprelin 16-da Əbu-Dabidə başlayacaq forumun əsas məruzəçilərindən biri olacaq. O, “Hidrogen iqtisadiyyatının sürətləndirilməsi üzrə milli strategiyalar və siyasətlər” mövzusunda yüksək səviyyəli paneldə iştirak edəcək”, - məlumatda qeyd olunub.

Bildirilib ki, panelin əsas məruzəçiləri arasında Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin müavini Yoşida Nobuhiro (H.E. Yoshida Nobuhiro) və Niderlandın İqtisadi İşlər və İqlim Siyasəti Nazirliyinin enerji üzrə xüsusi nümayəndəsi Frederik Visselink (Frederik Wisselink) də olacaq.

Paneldə hidrogenin rolu, milli və beynəlxalq səviyyədə bazar maneələrinin aradan qaldırılması, tələb və təklif yaratmaq məqsədilə hökumətlərin gördüyü tədbirlər və hidrogenin milli enerji sistemlərinə təsiri müzakirə ediləcək.

Bu tədbirin əsas qonağı Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: