2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 83,3 faiz artaraq 22 olub.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, bu ilin 3 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4 faiz artıb.