Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 559 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Xidmətdən NUHÇIXAN-a verilən məlumata görə, bunların 1 467-si fiziki, 92-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 % artıb.
Bu ilin birinci rübündə kommersiya qurumlarının 60 %-i elektron qaydada, 40 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.