Naxçıvan Muxtar Respublikasında aprelin 1-ndə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 936 olub.
Xidmətdən NUHÇIXAN-a verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,4 % artıb və 481 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8 % artaraq 5 579-a çatıb.