Bu ilin I rübü ərzində Naxçıvanda ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 550 milyon manatdan çox olub: “Bu ilin I rübü ərzində ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.