İndiyədək Azərbaycan ərazisində 97 735 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Bu ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
DVX-nın məlumatında bildirilir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.